Bu fikirləri Tbilisidə keçirilən “Qərbi Azərbaycana qayıdış beynəlxalq müstəvidə - Gürcüstan Forumu”ndakı çıxışı zamanı “Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək” İctimai Birliyinin sədri Toğrul Allahverdili söyləyib.
O deyib ki, Azərbaycan Prezident İlham Əliyevin gərgin əməyi, uzaqgörən və məqsədyönlü siyasəti və qətiyyəti nəticəsində torpaqlarımız 30 illik erməni işğalından azad edilib. Artıq insanlar öz dədə-baba yurdlarına qayıdırlar.
T.Allahverdili deyib: “Biz əminik ki, Qərbi Azərbaycandan deportasiya olunmuş soydaşlarımız da doğma yurdlarına qayıdacaqlar. Bizim İrəvanda ikinci dövlət yaratmaq fikrimiz yoxdur. Biz sülh yolu ilə həmin torpaqlarımıza qayıdacağıq”. (AZƏRTAC)