- İnanana bilmirik ki, bu gün köçürük. Doğrusu, çox həyəcanlıyıq. Uzun müddət keçib. Rayondan çıxanda cavan adam idim, artıq 65 yaşım var, təqaüdçüyəm. Rayondakı axırıncı günüm hələ də yadımdadır: sürücüm var idi, onunla birlikdə şəhərin demək olar, bütün ərazisini son dəfə gəzib, görüb çıxdım. İndi intizardayam, oraları yenidən gəzib görmə marağındayam.
Bu sözləri martın 15-də Füzuli şəhərinə qayıdan keçmiş məcburi köçkün Tofiq Məhərrəmov deyib.
T.Məhərrəmov ona bu fürsəti verən Azərbaycan Ordusuna minnətdarlığını bildirib, şəhidlərə rəhmət, qazilərə cansağlığı diləyib. (AZƏRTAC)