Bu sözləri bu gün Ağdərə rayonunun Suqovuşan kəndinə köç edən keçmiş məcburi köçkün Sayad Muxtarova deyib.
“Bizi Qarabağımıza qaytardığına, belə gözəl evlərlə təmin etdiyinə görə Prezidentimizə minnətdarlığımı bildirirəm. Allah Ordumuzu, dövlətimizi qorusun”, - deyə keçmiş məcburi köçkün bildirib.
Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən bu gün Ağdərənin Suqovuşan kəndinə 53 ailə olmaqla 174 nəfər köçürülüb. (AZƏRTAC)