19.04.2024, 14:29
AZ EN
16.03.2023, 18:45 152

Beynəlxalq təşkilatların Ermənistanın mina terroruna laqeydliyi mülki insanlarımızın həlak olmasına səbəb olur

XƏBƏRLƏR
  • İkinci Qarabağ müharibəsindən dərhal sonra meydana çıxan problemlərdən biri də ərazilərin minalanmasıdır. Ermənistan işğal etdiyi Azərbaycan ərazilərini tamamilə minalayıb, bir neçə istiqamətdə və mərhələdə minalanma prosesini həyata keçirib. Hətta məzarlıqlarda, evlərdə də belə minalanma işləri həyata keçiriblər. Ermənistan ərazilərin, xüsusən də mülki əhalinin yaşayışı üçün nəzərdə tutulan ərazilərin, əkin sahələrinin minalanmasına görə beynəlxalq məhkəmə qarşısında cavab verməlidir. Çünki bu müharibə qayda-qanunlarına ziddir. Mülki insanlara yönəlmiş qətliamlar yolverilməzdir.

Bunu açıqlamasında Xəzər Müdafiə Tədqiqatları Mərkəzinin rəhbəri, hərbi şərhçi Ramil Məmmədli deyib.

Qeyd edilib ki, Ermənistan faktiki olaraq Xocalı faciəsində, Qaradağda, Kərkicahanda 90-cı illərdə törətdiyi cinayətlərin başqa bir formasını bu gün işğaldan azad olunan əraziləri minalamaqla həyata keçirir. Bu gün mülki Azərbaycan vətəndaşları xəsarət alır, həlak olur.

“Ən dəhşətlisi odur ki, Ermənistan işğal etdiyi ərazilərdən geri çəkildikdən sonra hazırda mövcud olduğu ərazilərdə də Ermənistan istehsalı olan minaların basdırılmasını həyata keçirir. Biz bunu Sarıbaba yüksəkliyində 2021-ci il istehsalı olan Ermənistan tank və piyada əleyhinə minalarının aşkar olunması zamanı gördük. Ermənistan və beynəlxalq təşkilatlar bu məsələdə laqeyd mövqe nümayiş etdirirlər. Heç bir ölkə, ya beynəlxalq təşkilat Ermənistanın bu addımlarına reaksiya vermir. Nəticədə isə mülki insanlar xəsarət alır, həlak olurlar”, - deyə R.Məmmədli bildirib.("AZERTAC")

Oxşar xəbərlər