Bu sözləri bu gün Kərkicahan qəsəbəsinə qayıdan 91 yaşlı Ağgül Həşimova deyib.
A.Həşimova bu sevincli gündə özünü xoşbəxt hiss etdiyini deyib: "Övladlarım, nəvə-nəticələrimlə qayıdıram. Çox sevinirəm. Allah şəhidlərimizə rəhmət eləsin. Döyüşən oğullara can sağlığı versin. Bu sevinci bizə yaşadan Prezidentimiz həmişə var olsun. Mən ona öz minnətdarlığımı bildirirəm". (APA)