20.10.2024, 23:46
AZ EN
22.04.2024, 10:16 354

Gülüzlü şəhidimiz Kənan Məmmədov

XƏBƏRLƏR
  • Kənan gülərüz, mehriban oğlan idi. Gözlərinin mavi rəngindən anasına bənzəyirdi. Bu gün Kənanın valideynləri də şəhid ata-anasıdır. Övladının yadigar qalan paltarını gecələr də qucağından ayırmayan ana  deyir ki, çox doğmasını itirib, amma övlad itkisi tamam başqadı. Allah heç kəsə qismət eləməsin. Amma bircə təsəllimiz var ki, o da övladımızın Vətən uğrunda canından keçməsidir.   

Məmmədov Kənan Bəhruz oğlu 22 aprel 1999-cu ildə Ağdaş rayonunun Xosrov kəndində anadan olub. Atası Birinci Qarabağ Müharibəsinin qazisi, əmisi isə itkindir.

2020-ci il sentyabrın 27-də Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda başlayan Vətən müharibəsi zamanı təlim toplanışında olan Kənan Məmmədov qanlı döyüşlərə qatılıb. O, Ağdərə-Tərtər istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhadətə ucalıb.

Vətənin igid oğlu Kənan Məmmədov oktyabrın 30-da Xosrov kənd qəbiristanlığında böyük izdiham və ehtiramla torpağa tapşırılıb.

Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamları ilə Kənan Əliyev ölümündən sonra "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif olunub.

Cənnətdəki doğum günün mübarək, ruhun şad olsun, gülüzlü qəhrəman şəhidim!

Mina RƏŞİD

Oxşar xəbərlər