20.10.2024, 01:26
AZ EN
03.04.2024, 13:36 267

Bayrağını uca tutan qəhrəman

XƏBƏRLƏR
  • Bu gün Vətən müharibəsi şəhidi Cavid Hüseynovun doğum günüdür.

Yaşasaydı, Cavidin 23 yaşı olacaqdı...

O günü doğmaları, dostları, idmançı yoldaşları böyük həsrətlə gözləyirdilər. Əzizlərinin gözləri yolda, qulaqları səsdə idi. Hər an qapılarını döyəcək “Cavid əsgərlikdən qayıtdı” müjdəsini alacaqdılar... Cavid qayıtdı... Amma canını qurban etdiyi Vətənimizin şəhidi kimi, Vətənin qəhrəman övladı kimi...

2001-ci il aprelin 3-də Tovuz şəhərində doğulan Cavid Hüseynov Azərbaycan Silahlı Qüvvələrin əsgəri idi, oktyabrın ilk günlərində əsgəri xidmətini bitirəcəkdi...

Ermənistanın Tovuz cəbhəsində törətdiyi təxribatlar əsgərlikdə olan Cavidi çox narahat edirdi, silaha sarılıb düşmənə qan udduran igidlərimizin sırasında olmağa can atırdı. Ordumuzun Tovuz cəbhəsində düşmənə çəkdiyi göz dağı azacıq da olsa Cavidə təsəlli oldu. Amma o heç cür torpaqlarımızın erməni işğalında olması ilə barışmırdı, fikri-zikri düşməndən öc almaq, torpaqlarımızın işğaldan azad edilməsində iştirak etmək idi. Cavid və onun kimi minlərlə, yüzminlərlə igid oğullarımızın gözlədiyi gün nəhayət ki, yetişdi. Sentyabrın 27-də düşmənin Azərbaycanın yaşayış məntəqlərini ağır artilleriya silahlarından atəşə tutması, dinc insanlarımızı qətlə yetirməsi müharibəni gerçəkləşdirdi. Şanlı Azərbaycan Ordusu torpaqlarımızın düşmən tapdağından azad edilməsi istiqamətində hərbi əməliyyatlara başladı. Şanlı ordumuzun qəhrəman, cəsur əsgərlərindən biri kimi C.Hüseynov da ön cəbhədə əlində silah düşmənə göz açmağa aman vermədi.  Əsgər Cavid Hüseynov 2020-ci il oktyabrın 31-də Xocavənd rayonunun Tuğ kəndi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid oldu. Düşmən qəhrəmanımızın Vətən, yurd, bayraq sevgisi, təəssübü ilə döyünən, düşmənə qəzəb və nifrət, qisas hissilə alışan ürəyini nişan aldı. Amma düşmən Cavidin ürəyini susdura bilmədi. O “canım Vətənimə fəda olsun”!,- deyib, qanı tökülən ana torpağı əbədi olaraq qucaqladı.

Cavid Hüseynov ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə və  "İgidliyə görə" medalları ilə təltif edilib.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər