Bunu Latviyalı gənc Viktoriya Raziminoviç İTV-yə müsahibəsində deyib. O, illər əvvəl valideyni ilə birlikdə Azərbaycana köçüb. Sonralar anası Azərbaycanı tərk etsə də, Azərbaycana və yeni ailəsinə olan sevgisi Viktoriyanı bura bağlayır. Azərbaycanlı vətəndaşla evli olan Viktoriyanın 6 yaşlı övladı da var. O, Azərbaycanda yaşamaqla kifayətlənmir, o, həm də Azərbaycanın kəşf edilməmiş gəzməli, görməli yerlərini lentə alaraq sosial şəbəkələr vasitəsilə izləyiciləri ilə paylaşır.
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında qrafik dizaynı üzrə təhsil alan Viktoriya bir müdət peşəkar fotoqraf olaraq çalışdıqdan sonra kondent yaradıcılığına başlayıb.
“Səbəbkarı anam idi, onun “Tiktok” hesabı var: həmişə mənə də israrala bir hesab açmağımı tövsiyə edirdi. Mən bütün bu israrlardan çox yoruldum və nəhayət, özümə hesab açdım, videoları paylaşdım. Bu videolar çox maraqla qarşılandı. İzləyicilərin sayı artmağa başladı. Ardınca inistaqram hesabı da yaradıb yeni videoları orda paylaşdım. Həmin videolar azərbaycanlılar tərəfindən daha çox sevildi”.
Əsaən yerli əhalinin bilmədiyi yerləri gəzən, Azərbaycanı azərbaycanlılara tanıdan Viktoriya bildirib ki, bu möhtəşəm bir hissdir: “İnsanlar mənə yazırlar, deyirlər ki, əla iş görmüsən. Bu rəyləri çox sevirəm. Başqalarının bilmədiyi yerləri tapmaq çox maraqlıdır”.
O, səyahətin çoxlu çətin tərəflərindən də çöhbət açıb: “Gözlənilməyən emosiyalar yaranır bəzən və daha çox enerji tələb edir. Evə çatanda çox yorğun olursan. Amma eyni zamanda da başqa səyahətə ehtiyacım var”.
Səyahəti zamanla hobbisinə, işinə çevirən Viktoriya əsasən avtostopla səyahət etdiyini bildirib və qonaqlama məsələlərindən danışıb: “Regionlara səyahət edəndə yerli əhalinin evlərində, bəzən isə hostellərdə qalmağa çalışıram. Beləliklə, yerlilərlə danışa bilirəm. Bu daha ucuz, rahat və maraqlı olur. Bəzən elə yerlər olur ki, bir çoxları məlumatsızdı. Belə maraqlı yerləri, şəlalələri, gölləri ancaq yerli əhali tanıyır”.
Doğulduğu andan etibarən bəzi səyahətlərinə oğlunu da aparan Viktoriya belə hallarda səhayəti övladına görə planlaşdırdığını bildirib. Onun sözlərinə görə, uşaqlarsız səyahət daha asan keçsə də, övladı ilə birlikdə etdiyi səyahət daha maraqlı olur.
Hazırladı: Tahirə AĞAMİRZƏ