18.01.2026, 02:28
AZ EN
09.12.2025, 15:00 224

Milli Məclisdə Avropa birinciliyinin qalibi olan yeniyetmə taekvondoçular və qazi ilə görüş keçirilib

XƏBƏRLƏR
  • Azərbaycanda gənclərin idman sahəsində qazandığı uğurlar ölkəmizin beynəlxalq arenada nüfuzunun artmasına mühüm töhfə verir. Gənc nəslin vətənpərvərlik ruhunda yetişməsi, onların həm fiziki, həm də mənəvi cəhətdən inkişafı dövlət siyasətinin əsas istiqamətlərindəndir. Bu baxımdan Avropa birinciliyində uğurla çıxış edən yeniyetmə taekvondoçularla və Vətən müharibəsi qazisi ilə keçirilən görüş xüsusi əhəmiyyət kəsb edir.

Bu gün Milli Məclisin inzibati binasında Yunanıstanın Afina şəhərində keçirilən kiçik yeniyetmələr arasında taekvondo üzrə Avropa birinciliyində yüksək nəticə əldə etmiş Yasamal rayon sakinləri olan idmançılarla və Vətən müharibəsi qazisi İlkin Ağayevlə görüş keçirilib.

Görüş zamanı qazi İlkin Ağayevin müraciəti operativ şəkildə araşdırılaraq həll edilib. Tədbirdə Avropa birinciliyində fərqlənərək ölkəmizi layiqincə təmsil edən gənc idmançılar, onların məşqçiləri və idman ictimaiyyətinin nümayəndələri təbrik olunub.

İdmançılara dəyərli hədiyyələr təqdim edilib və onların qarşıdakı beynəlxalq yarışlarda daha böyük nailiyyətlər qazanacaqlarına inam ifadə olunub.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər