DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Füzuli Rayon Polis Şöbəsinin əməkdaşlarının rayonun işğaldan azad edilmiş ərazilərində keçirdikləri növbəti tədbirlər nəticəsində müxtəlif silah-sursat aşkar edilib.
Tapılan 9 avtomat, 1 pulemyot, 1 snayper tüfəngi, 1 tank əleyhinə idarəolunan raket, 3 qumbaraatan, 30 müxtəlif növ əl qumbaraları, 67 müxtəlif çaplı mərmilər, 7500 müxtəlif çaplı patronlar və digər döyüş sursatları götürülərək aidiyyəti üzrə təhvil verilib. (Trend)