24.04.2025, 18:22
AZ EN
06.09.2024, 12:15 319

“Azərbaycanım” beynəlxalq jurnalının 20 illik yubileyi qeyd edilib

XƏBƏRLƏR
  • “Azərbaycanım” adlı beynəlxalq jurnalın fəaliyyətinin 20 illiyinə həsr olunmuş yubiley tədbiri və eyni zamanda “Qərbi Azərbaycan və Qarabağ Ensiklopediyası” kitabının təqdimat mərasimi keçirilib.

Tədbirdə “jurnalın 20 illik fəaliyyəti ərzində qazandığı uğurlardan bəhs edilib.

Qeyd edək ki, “Qərbi Azərbaycan və Qarabağ Ensiklopediyası” adlı kitabda Azərbaycanın ən qədim və zəngin tarixə malik bölgələrindən olan Qərbi Azərbaycanın tarixi, coğrafiyası, ictimai-siyasi, sosial-iqtisadi həyatı, barədə məlumatlar toplanıb. Kitabda həmçinin, Birinci Qarabağ müharibəsi və 44 günlük Vətən müharibəsi nəticəsində rəşadətli Azərbaycan Ordusu tərəfindən ümumilikdə, 300-dən çox yaşayış məntəqəsinin işğaldan azad edilməsi, dövlət başçısı tərəfindən işğaldan azad olunmuş ərazilərdə irimiqyaslı yenidənqurma, bərpa-quruculuq işləri və s. barədə, qədim və orta əsrlərə aid mənbələr, arxiv materialları, müasir dövrə aid informasiyalar əsasında ətraflı və obyektiv ensiklopedik məlumatlar əks olunub.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər