İndiyədək ölkədə ümumilikdə 823 min 369 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 813 min 117 nəfər müalicə olunaraq sağalıb, 9 min 951 nəfər vəfat edib. Aktiv xəstə sayı 301 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 188, bu günə qədər isə ümumilikdə 7 milyon 325 min 464 test icra olunub.
Noyabrın 2-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vurulan vaksinin sayı 491 doza olub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 84, ikinci doza vaksinlərin sayı 79, üç və daha çox doza vaksinlərin sayı 278, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 50-dir.
Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 912 min 185, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 390 min 236, ikinci mərhələ üzrə 4 milyon 871 min 664, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 387 min 188, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 263 min 97-dir.