21.11.2024, 18:21
AZ EN
04.08.2023, 14:17 204

Ağalı kəndi növbəti sakinlərini qarşılamağa hazırlaşır

XƏBƏRLƏR
  • Bu gün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində avqust ayının 12-də Zəngilan rayonunun Ağalı kəndinə köçürüləcək sakinlərin püşkatma mərasimi keçirildi. Püşkatma mərasimində Şərqi Zəngəzur İqtisadi Rayonuna daxil olan Zəngilan, Cəbrayıl, Qubadlı rayonları üzrə Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin aparıcı-məsləhətçisi Aqil Qurbaov, Zəngilan Rayon İcra Hakimiyyəti başçısının müavini Xanım Rüstəmova, Dövlət Komitəsinin Aparat rəhbəri Eldar Zeynalov, Repatriasiya Departamentinin direktoru Natiq Hüseynov və departamentin digər əməkdaşları iştirak etdilər.

30 il doğma yurd həsrətilə yaşayan və ora dönəcəkləri günü ümidlə gözləyən keçmiş məcburi köçkünlər bizimlə sevinclərini bölüşdülər.

Zəngilan rayonu, Ağalı kəndi sakini Gülzar İsayeva:

-İnsanın kədərli anları ilə bərabər sevincli anları da çox olur. Amma bu günün  sevinci bir başqa sevincdir. Ağlaya-ağlaya çıxdığımız torpaqlarımıza gülə-gülə qayıdacağıq. Bundan böyük xoşbəxtlik nə ola bilər ki...

Allah şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə cansağlığı versin. Öz ailəm adından bizə bu sevinc hissini yaşadan, bizim üçün hər cür şərait yaradan Prezident Müzəffər Ali Baş Komandan İlham Əliyevə dərin minnətdarlığımı bildiriəm. Bir qapı sınır, yerinə yenisi qoymaq olmur. Amma möhtərəm Prezidentimiz işğaldan azad olunan torpaqlarımızda bizim rahat yaşamağımız üçün görün, necə gözəl şərait yaradıb. Bütün bunların hamısı maddi və mənəvi zəhmət tələb edir. Var olsun Prezidentimizi! Allahdan Ona uzun ömür, cansağlığı arzulayıram. Biz də öz dədə-baba yurdlarımızda Prezidentimizin etimadını doğruldacayıq. Yaşayacağımız Ağalı kəndini cənnətə döndərəcəyik.

 Zəngilan rayonu, Ağalı kənd sakini Etibar Hüseynov:

-Doğrudan da, bu gün mənim sevincim digər insanların sevincindən daha çoxdur. Ona görə ki,  mən o torpaqlarda döyüşmüşəm. Təbii ki, bu gün o torpaqda yaşamaq mənim üçün iki qat sevincdir, qürur hissidir, xoşbəxtlikdir. Baxmayaraq ki, biz uzun illər çox əziyyətlər çəkdik, ağır günlər yaşadıq. Amma şükürlər olsun ki, bu gün işğaldan azad edilmiş torpaqlarımıza  qayıdırıq. Əgər torpaq, Vətən yoxdursa, bizim danışmağa haqqımız yoxdur. Ona görə də bugünkü gündə şükür Allaha ki, alnımız açıqdır. Bu böyük bir sevincdir. Bundan böyük bir sevinc yoxdur. Bizə bu sevinc hissini yaşadan Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə dərin təşəkkür edirik. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Şəhidlərimizin hesabına biz o torpaqlara qayıdırıq.

O doğma yurd yerlərimizdə isə arzularımız da, görəcəyimiz işlər də çoxdur.Sağlıq olsun!

Zəngilan rayonu, Ağalı kənd sakini Raya Məmmədova:

-Biz 1993-cü il oktyabr ayının 29-dan 30-na keçən gecə erməni faşistləri tərəfindən torpağımız zəbt olunan zaman rayonumuzdan çıxmaq məcburiyyətində qaldıq. O vaxt biz  qəmli-kədərli göz yaşları içində doğma ata-baba yurdlarımızı tərk etmişdik. İndi artıq Dəmir yumruq sahibi cənab İlham Əliyevin uğurlu siyasəti,  tükənməz zəhməti nəticəsində, o cümlədən torpaqlarımızın azadlığı uğrunda sinəsini düşmən gülləsinə sipər edən şəhid oğullarımızın, qazilərimizin qəhrəmanlığı sayəsində artıq o torpaqlarımıza sevinc göz yaşları ilə qayıdırıq.  Bu günü bizə yaşadan Dəmir yumruq sahibi, həm hərb sahəsində, informasiya cəbhəsində dünya siyasətçisi kimi tanınan Ali Baş Komandan İlham Əliyev cənablarının səyi nəticəsində biz torpağımıza qovuşuruq. Bu gün münasibətilə mən cənab Prezidentimiz İlham Əliyevə, Onun ailə üzvlərinə, şanlı ordumuza, şəhidlərimizə və qazilərimizə borclu olduğumuzu düşünürəm. Bu günün sevincini bizə yaşadanlara Ağalı sakinləri adından öz minnətdarlığımı bildirirəm.

Zəngilan rayonu, Ağalı kənd sakini Sənubər Hüseynova:

-Biz Nizami rayonu, Heydər Əliyev prospekti 202-də yaşayırıq. Zəngildan məcburi köçkün düşdükdə mənim 21 yaşım var idi. Bu gün mənim sevincimin həddi-hüdudu yoxdur. Sevinirəm ki, doğma ata-baba ocaqlarımıza yenidən qayıdırıq. Torpağa bağlı olduğum üçün orada qurub-yaratmaq,  zəhmətlə çalışmaq arzusundayam.

Allahdan Prezidentimiz cənab İlham Əliyevə uzun ömür, cansağlığı arzulayıram.  Bizə belə gözəl şərait yaratdığına görə ailəmiz adından Ona dərin minnətdarlığımı bildirirəm. Ümüdümüzün üzülən vaxtlarında cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri tərəfindən torpaqlarımız işğaldan azad edildi. Bu gün yaşadığımız bu sevinci canlarını Vətən yolunda qurban verən şəhidlərimizə, qəhrəman oğullarımıza, qazilərimizə borcluyuq. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə cansağlığı versin. Şükürlər olsun ki, uzun illər həsrətiylə yaşadığımız doğma ev-eşiklərimizə qayıdacağıq.Allah Prezidentimizə cansağlığı, uzun ömür versin. Mən özümü xoşbəxt sanıram ki, nə yaxşı ki, bizim belə böyük ürəyə sahib olan Prezidentimiz var.

Zəngilan rayonu, Ağalı kənd sakini Samir Hüseynov:

-Biz Nizami rayonu, Heydər Əliyev prospekti 202-də Saxsı Qablar Zavodunda yaşayırıq. Məcburi köçkün düşəndən burda müvəqqəti məskunlaşmışıq.  Otuz iidir ki, torpaqlarımıza qayıdacağımız günü səbirsizliklə gözləyirdik. Artıq həsrət çəkdiyimiz günlər geridə qaldı. Çox sadam ki, bügünkü günü Allah bizə qismət elədi, indi Zəngilana getmək sevincini yaşayırıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə sansağlığı versin. Bizə bu xoşbət günü yaşadan, bizi qürurlandıran Müzəffər Ali baş Komandanımıza dərin minnətdarlığımı bildirirəm. Doğma ata-baba yurdunda yaşamaq xəyallarımızın gerçəkləşməsi üçün özümü dünyanın xoşbəxti sanıram. İnanıram ki, biz orda da vətənini, dövlətini, xalqını sevən övladlar yetişdirəcəyik.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər