23.01.2026, 04:47
AZ EN
22.01.2026, 19:20 141

Gürcü deputatlar Azərbaycan Prezidentinin Davos bəyanatını müsbət qarşılayırlar

XƏBƏRLƏR
  • Gürcüstanın hakim "Gürcü Arzusu-Demokratik Gürcüstan" Partiyasının deputatları Azərbaycan Prezidenti İlham Əliyevin Davos Dünya İqtisadi Forumunda səsləndirdiyi, Cənubi Qafqazda əlaqələrin dərinləşdirilməsinə dair bəyanatını şərh ediblər.

Gürcüstan parlamentinin Regional siyasət və özünüidarəetmə komitəsinin sədri İrakli Kadaqişvili müsahibəsində bildirib ki, partiya üzvləri Azərbaycan Prezidentinin açıqlamasını Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması və iqtisadi əlaqələrin bərpası kontekstində görürlər.

Komitə sədri Azərbaycan Prezidentinin fikirlərini təhrif edənlərə cavab olaraq mövqeyini belə ifadə edib: “Onların fikirləri antigürcü narrativdir. Ona görə ki, iki ölkə - Azərbaycan və Ermənistan sülh əldə edib və iqtisadi münasibətləri bərpa edib. Təbiidir ki, onlar bu münasibətləri bağlılıq və əlaqəlilik baxımından da istifadə edəcəklər və siz iddia edirsiniz ki, bu, Gürcüstan üçün rolun itirilməsi deməkdir”.

İ.Kadaqişvili vurğulayıb ki, Gürcüstan bu prosesdə heç nə itirmir, əksinə, regionun vahid və güclü inkişaf məkanına çevrilməsi prosesindən faydalanır: “Cənubi Qafqazda əldə olunan və ümid edirik ki, möhkəmlənəcək sülh Azərbaycan Prezidentinin də qeyd etdiyi kimi, regionun vahid güclü inkişaf məkanına çevrilməsinə imkan verəcək. Biz buradayıq ki, Gürcüstan bu müddət ərzində öz infrastrukturunun tam yenilənməsini və inkişafını təmin edib. Bu, həm magistral yolları, həm də dəmir yolunu, eləcə də liman infrastrukturunu əhatə edir”. (AZERTAC)

Oxşar xəbərlər