Bu fikirləri açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib.
Deputatın sözlərinə görə, bu prosesə ən çox dəstək verən istiqamətlərdən biri də filmlər və kitablardır. Belə nəşrlərin ərsəyə gəlməsi, sənədli və bədii filmlərin çəkilməsi olduqca önəmlidir. Çünki bu, həm tarixi yaddaşımızın qorunmasına, həm də maddi-mədəni irsimizin, abidələrimizin təbliğinə və dünya ictimaiyyətinə çatdırılmasına xidmət edir.
“Son illər bu istiqamətdə geniş işlərin görüldüyünün şahidiyik. Həmin ərazilərin coğrafiyası, tarixi, dini abidələri ilə bağlı çoxsaylı əsərlər yazılır, filmlər hazırlanır”, – deyə C.Məmmədov qeyd edib.
Onun sözlərinə görə, Azərbaycan həqiqətlərinin təbliği, eyni zamanda milli həmrəyliyimizin möhkəmlənməsi baxımından da vacibdir: “Müəllif bu istiqamətdə artıq bir neçə mühüm işi ərsəyə gətirib. MİMTA-nın təşəbbüskarlığı və təşkilatçılığı ilə bu sahədə görülən işlər təqdirəlayiqdir. Hesab edirəm ki, təqdim olunan bu əsər də xüsusi əhəmiyyət daşıyır”. (AZƏRTAC)