O, açıqlamasında bildirib ki, doğma yurda qayıtdığı üçün Birinci Qarabağ müharibəsində şəhid olan və Ağdamda dəfn edilən qardaşının məzarını ziyarət edə biləcək.
"Qardaşım 1992-ci ildə Qarabağ döyüşlərində şəhid olub. Onun məzarı da Ağdamdadır. Çox şükür ki, doğma yurda qayıdıram. Qardaşımın məzarına yaxın olacam və onun məzarını tez-tez ziyarət edəcəm. Məcburi köçkün düşəndən sonra Bakının Nəsimi rayonunda yataqxanada məskunlaşmışdım. "Dəmir yumruq" sayəsində biz bu gün yurdumuza qayıdırıq. Ali Baş Komandan İlham Əliyevə, şəhidlərimizə və qazilərimizə təşəkkürümü bildirirəm", - R.Quliyev qeyd edib. (Report)