Bu fikirləri Laçın rayon ziyalısı Nicat Həsənov söyləyib.
Laçın şəhərinin Azərbaycan Ordusunun nəzarətinə keçməsini tarixi hadisə kimi qiymətləndirən N.Həsənov deyib: “Laçın Azərbaycanın ən böyük strateji əhəmiyyətə malik rayonlarındandır. Ali Baş Komandanın həm müharibə meydanında, həm də diplomatik müstəvidə göstərdiyi qətiyyət və qazanılmış uğurlar həmin ərazilərin Ermənistan tərəfindən qeyd-şərtsiz işğaldan azad edilməsini təmin etdi. Prezident İlham Əliyevin rəsmi tviter səhifəsində etdiyi paylaşım hər bir laçınlıya böyük sevinc, qürur yaşatdı. Bu sevinci, bu qüruru bizə bəxş etdiyinə görə Prezidentimizə minnətdarlığımı bildirir, Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə sağlamlıq diləyirəm”. (AZƏRTAC)