20.10.2024, 03:45
AZ EN
18.08.2023, 10:37 136

Biz həmişə onlara borcluyuq

XƏBƏRLƏR
  • Bu gün Şanlı Vətən Müharibəsinin qəhrəmanlarından biri şəhid, əsgər Sətdar Raqif oğlu Mehtiyevin doğum günüdür.

O, 1993-cü il avqustun 18-də Hacıqabul şəhərində dünyaya gəlib. Şəhid Natiq Ağayev adına 4 saylı orta məktəbi bitirib. 2011-2013-cü illərdə Goranboy rayonu ərazisində həqiqi hərbi xidmətdə olub. Hərb sənətinə böyük həvəsi sonra onu Tərtər rayonunda kəşfiyyat taboruna gətirib çıxarıb. O, burada müddətdən artıq hərbi qulluqçu kimi Vətənə xidmətə başlayıb.

2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində S.Mehtiyev mərdliklə vuruşub. Murovdağ zirvəsinin alınmasında şücaətlər göstərib. İgid əsgər 2020-ci il oktyabrın 3-də Suqovuşanın azad olunması uğrunda gedən qızğın döyüşlərdə qəhrəmanlıqla şəhadətə ucalıb. Şəhidimiz böyük izdiham və sonsuz ehtiramla doğma Hacıqabul şəhərində torpağa tapşırılıb. 

Ölkə başçısı Ali Baş Komandan İlham Əliyevin Sərəncamlarına əsasən Sətdar Mehtiyev ölümündən sonra "Vətən uğrunda" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

Qardaşı deyir ki, hərbçi olub torpaqlarımızın uğrunda vuruşmaq  Sətdarın ən böyük arzusu idi. Onun getdiyi yer məscid, bir də hərbi hissə olub. Saf ürəkli, vətəncanlı, ali duyğularla yaşayan bir insan idi. Qardaşımın aramızdan getməsi qəlbimi nə qədər incitsə də, onun qəhrəman adıyla, Vətən uğrunda göstərdiyi igidliyə görə qardaşımla fəxr edirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Biz həmişə onlara borcluyuq.

Cənnətdəki doğum günün mübarək, qəhrəman əsgər, məzarın nurla dolsun!

Mina RƏŞİD

Oxşar xəbərlər