Bu sözləri Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutunun şöbə müdiri, tədqiqatçı-alim Eldar Nuriyevin “İlham Əliyev və Böyük Qayıdış” kitabının təqdimat mərasimində Milli Məclisin deputatı Azər Allahverənov deyib.
“Müəllif kitabda Prezident İlham Əliyevin milli maraqlara əsaslanan uzaqgörən siyasətini, strateji baxışını və qətiyyətli rəhbərliyini geniş şəkildə təqdim edir. Düşünürəm ki, bu kitab dövlətimizin başçısının müasir Azərbaycan tarixindəki uğurlu missiyasını, xilaskarlıq və quruculuq rolunu, eyni zamanda, gələcəyə yönəlik strateji xəttini dolğun şəkildə əks etdirən mühüm mənbə kimi dəyərləndirilə bilər. Həmçinin “İlham Əliyev və Böyük Qayıdış” kitabında yer alan, gələcəyə hesablanmış perspektivli yanaşmalar və məlumatlar qeyri-hökumət təşkilatları tərəfindən yaxından mənimsənildikdən sonra biz öz gündəlik fəaliyyətimizdə onlardan daha fəal şəkildə istifadə edə bilərik”, - deyə deputat vurğulayıb. (AZƏRTAC)