19.11.2025, 19:26
AZ EN
14.11.2025, 16:12 171

Binəqədi rayonunda zəngilanlı sakinlərin səyyar qəbulu keçirilib

XƏBƏRLƏR
  • Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənovun zəngilanlı sakinlərlə növbəti səyyar qəbulu Binəqədi rayonu, Azadlıq prospektində yerləşən 115 nömrəli məktəbin akt zalında keçirilib. Qəbulda icra başçısının müavinləri, aparatın şöbə müdirləri, inzibati ərazi dairəsi üzrə nümayəndələr, rayonun idarə və müəssisə rəhbərləri iştirak ediblər.

İcra başçısı prezident İlham Əliyevin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər, azad olunmuş torpaqlarımızda gedən quruculuq-bərpa işləri barədə vətəndaşlara ətraflı məlumat verib. 

Daha sonra sakinlərin müraciətləri dinlənilib. Müraciətlər əsasən qayıdışla bağlı olub. Rayona köçürülmənin müddəti, qaydaları və şərtləri, rayonda məşğulluq haqqında ətraflı məlumat almaq istəyən sakinlər rayon rəhbəri trəfindən  məlumatlandırılıb. Bundan əlavə bəzi sosial problemlər haqqında edilən müraciətlərin bir çoxu yerində həll olunub, aradan qaldırılması vaxt tələb edən məsələlərlə əlaqədar rayonun aidiyyəti idarələrinə Rayon İcra Hakimiyyəti başçısı tərəfindən tapşırıqlar verilib.

Mina RƏŞİD

Oxşar xəbərlər