19.10.2024, 14:35
AZ EN
15.09.2024, 14:57 204

Vətən müharibəsi qazisi: "Formula 1" yarışını tribunadan izləmək çox xoşdur

XƏBƏRLƏR
  • Burada olmaq və dünyanın bir nömrəli avtomobil yarışını izləmək çox xoşdur.

Bunu Vətən müharibəsi qazisi Rafiq Rəhimov Bakıda keçirilən "Formula 1" üzrə Azərbaycan Qran-prisi ilə bağlı jurnalistlərə açıqlamasında deyib.

O, yarışı tribunadan izləməsi barədə danışıb:

"Bizim üçün yaxşı şərait yaradılıb. Hər kəsə minnatdaram. Pilotlara isə uğurlar arzulayıram. Fəxr edirəm ki, ölkəmizdə bu cür beynəlxalq səviyyəli yarış keçirilir".

Qeyd edək ki, Azərbaycan Qran-prisində əsas yarış saat 15:00-da başlayacaq. (Report)

Oxşar xəbərlər