20.09.2024, 09:50
AZ EN
29.11.2023, 18:05 120

Qarabağda 50 000 hektar sahədə topogeodeziya və kartoqrafiya işləri aparılıb

XƏBƏRLƏR
  • İkinci Qarabağ müharibəsindən ötən üç il ərzində işğaldan azad olunmuş ərazilərdə 8 şəhər, 23 kənd və qəsəbə üzrə 50000 hektar sahədə yüksək dəqiqlikli topogeodeziya və kartoqrafiya işləri yerinə yetirilib.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən "Vətən səsi"nin sorğusuna verilən cavabda bildirilib. Qeyd olunur ki, indiyədək topogeodeziya və kartoqrafiya işlərinin aparıldığı sahələrə Zəngilan və Füzuli Beynəlxalq Hava Limanları, park əraziləri də daxildir.

Eyni zamanda ekoloji biomüxtəlifliyin qorunması, su və digər təbii resurlardan səmərəli istifadənin təşkili məqəsdilə müxtəlif miqyaslı topoxəritələr və “Elektron su xəritəsi” hazırlanıb, Qarabağ və Şərqi Zəngəzur təbii ehtiyatlar atlası və iqtisadi rayonlar analoji xəritələr tərtib olunub.

Elxan SALAHOV

Oxşar xəbərlər

SON XƏBƏRLƏR