18.01.2026, 06:56
AZ EN
22.12.2025, 12:40 226

Ağdərə və Xocalının kəndlərinə növbəti köç karvanları yola salınıb

XƏBƏRLƏR
  • Ağdərə rayonunun Həsənriz, Vəngli və Kolatağ kəndlərinə, eləcə də Xocalı rayonunun Daşbulaq və Badara kəndlərinə növbəti köç karvanları yola salınıb.

Bu mərhələdə Ağdərə rayonunun Vəngli kəndinə 6 ailə - 14 nəfər, Kolatağ kəndinə 7 ailə - 31 nəfər, Xocalı rayonunun Daşbulaq kəndinə 4 ailə - 11 nəfər, Badara kəndinə isə 15 ailə - 66 nəfər Ağdam rayonu ərazisindən yola salınıb.

Köç edənlər respublikanın müxtəlif bölgələrində, əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. (APA)

Oxşar xəbərlər