12.12.2025, 16:49
AZ EN
12.12.2025, 13:25 130

Ağdərənin Həsənriz kəndinə daha 16 ailə yola salınıb

XƏBƏRLƏR
  • Ağdərə rayonunun Həsənriz kəndinə növbəti köç karvanı yola salınıb.

Kəndə köçürülənlər ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu mərhələdə kəndə 16 ailə (74 nəfər) köçürülür.

Qeyd edək ki, bununla Həsənrizə qayıdan ailələrin sayı 161-ə (1009 nəfər) çatacaq. (Report)

Oxşar xəbərlər