44 gün davam edən Vətən Müharibəsi nəticəsində Azərbaycan öz dədə-baba torpaqlarını mənfur düşməndən xilas etdi. Torpaqlarımızın işğaldan azad edilməsində Azərbaycanın vətənpərvər oğulları canlarından keçiblər. Vətən Müharibəsində şəhid olmuş qəhrəmanlarımızdan biri də Bəxtiyar Rəhimlidir.
O, 2001-ci il martın 18-də Tərtər şəhərində anadan olub.
Azərbaycan Silahlı Qüvvələrinin əshəri olan Bəxtiyar Rəhimli İkinci Qarabağ müharibəsi zamanı Füzuli və Hadrutun azad edilməsi uğrunda böyük şücaət göstərib.
2020-ci il oktyabrın 5-də Füzuli rayonu Yuxarı Seyidəhmədli kəndi istiqamətində düşmən üzərinə hücuma kecərkən qəhrəmancasına şəhid olub. Vətəni canından çox sevən Bəxtiyar Bərdə rayonunun Qəhrəmanlı kəndində böyük ehtiram və izdihamla dəfn edilib.
Subay idi.
Bəxtiyar Rəhimli ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.
Tahirə AĞAMİRZƏ