09.06.2025, 22:13
AZ EN
18.07.2023, 12:49 283

Məcburi köçkünlər arasında işsizlik daha çoxdur

XƏBƏRLƏR
  • Dövlət Statistika Komitəsi Azərbaycanın şəhər və rayonları üzrə işsizlərin sayını açıqlayıb.

“Vətən səsi” xəbər verir ki, Komitənin açıqladığı məlumatlara görə hazırda ölkə üzrə rəsmi qeydiyyatda olan işsiz vətəndaşların sayı 247 min 430 nəfərdir. Şəhər və rayonlar üzrə işsizlərin sayına görə birinci yeri 49 800 nəfər olmaqla paytaxt Bakı tutur. Bundan başqa Ağdam rayonu (10 749 nəfər), Füzuli rayonu (6 529 nəfər), Gəncə şəhəri (6 217 nəfər) və Lənkəran rayonu da (5 797 nəfər) ən çox işsiz sayı olan bölgələr olub.

Ən az işsiz sayı olan rayonlar arasında ilk 3 yeri Şahbuz (27 nəfər) Kəngərli (36 nəfər) və Sədərək (37 nəfər) tutur.

Dövlət Statistika Komitəsinin hesablamalarına görə, işğaldan azad edilmiş rayonlar arasında işsizlik səviyyəsi digər bölgələrlə müqayisədə daha çoxdur. Ağdam və Füzulidən sonra Kəlbəcər rayonunun əhalisi işsizlikdən əziyyət çəkənlər sırasında 4 min 682 nəfərlə 3-cü yeri tutur. Otuz il ərzində məcburi köçkün həyatı yaşayan laçınlılar arasında rəsmi işsizlərin sayı 4 min 252, Cəbrayıl sakinləri 4 min 215, Qubadlıda 2 min 557, Zəngilanda 2 min 267, Şuşada 1805, Xocalıda 818, Xocavənd rayonunda 717 nəfərdir. Dövlət Statistika  Komitəsi Xankəndi şəhərindən olan işsizlərin sayını dəqiqləşdirə bilməyib.

Elxan SALAHOV

Oxşar xəbərlər