Akademik Həsən Əliyev adına Zəngəzur Milli parkının Batabat ərazisində aparılan aksiyada ekologiya könüllüləri ilə yanaşı nazirliyin və tabeliyində olan idarələrin əməkdaşları da iştirak ediblər. Aksiya iştirakçıları ətraf əraziləri məişət tullantılarından təmizləyiblər.
Qeyd edək ki, Batabat muxtar respublikada insanların istirahət üçün ən çox üz tutduğu yerlərdəndir. Burada istirahət edənlər sırasında təbiətə biganə yanaşıb ətrafı çirkləndirənlərə də rast gəlinir. Aidiyyəti qurumların əməkdaşları ətrafda təmizlik işləri aparmaqla yanaşı, ekoloji-hüquqi maarifləndirmə işi də aparır, ekologiyanı çirkləndirənlərə qarşı inzibati tədbirlər görülür. ("Report")