19.11.2025, 16:04
AZ EN
05.11.2025, 15:19 205

Laçın sakinlərinin səyyar qəbulu keçirilib

XƏBƏRLƏR
  • Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin Ağcabədi rayonunun Hacıbədəlli kəndi ərazisində fəaliyyət göstərən Laçın rayonunun Hacısamlı kənd tam orta məktəbində, həmin ərazidə müvəqqəti məskunlaşmış laçınlı keçmiş məcburi köçkünlərlə növbəti görüşü-səyyar qəbulu keçirilib. 

Rayon rəhbəri ilə görüş - səyyar qəbulda 31 nəfər laçın sakini iştirak edib. Görüş-səyyar qəbulda çıxış edən Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə sosial-iqtisadi sahədə əldə olunan nailiyyətlər, həmçinin Laçın rayonunda həyata keçirilən abadlıq-quruculuq işləri və əhalinin sosial problemlərinin həlli istiqamətində görülən tədbirlər barədə iştirakçılara ətraflı məlumat verib. Xüsusilə qeyd olunub ki, 44 günlük Vətən Müharibəsindən keçən qısa müddət ərzində işğaldan azad olunmuş ərazilərdə aparılan geniş tikinti və quruculuq işləri, rayon sakinlərinin ata-baba yurdlarına Böyük Qayıdışın başlanması laçınlılar tərəfindən sevinc və minnətdarlıq hissi ilə qarşılanır.

Səyyar qəbulda rayon sakinləri tərəfindən qaldırılan məsələlər diqqətlə dinlənilib qeydiyyata alınaraq icrası nəzarətə götürülüb.

Sonda rayon sakinləri göstərilən diqqət və qayğıya görə ölkə Prezidentinə dərin təşəkkürlərini bildiriblər.

Mina RƏŞİD

Oxşar xəbərlər