Xocalı qırğınında anasını, bir çox doğmasını itirən Səriyyə xanım onların xatirələri ilə doğma yurduna qayıdacağı günü səbirsizliklə gözləyir: “Mən Xocalıya qayıtmalıyam, ata ocağıma. Eyni zamanda doğulduğum torpaqda yaşamalıyam. O ocağın, o evin, o yurdun çırağını mən yandırmalıyam. Xocalıya mən övladlarımla qayıdacam inşallah. Xocalıda mənim qonşularım vardı, doğmalarım vardı. O qonşularımın da çoxu yoxdu, onlar da o dəhşətli gecədə qətlə yetiriliblər. Qalanlar isə çox az ömür yaşadılar və dünyalarını dəyişdilər. O Xocalı olmayacaq. Yeni bir Xocalı olacaq. Amma nə yaxşı ki, biz Xocalıya qayıdacağıq”.
Hazırladı: Tahirə AĞAMİRZƏ