05.02.2025, 19:46
AZ EN
15.05.2023, 09:21 319

Öldü var, döndü yox!

XƏBƏRLƏR
  • Bu gün Vətən Müharibəsi qəhrəmanlarından olan şəhid əsgər
    Elxan Bədəl oğlu Məmmədovun doğum günüdür. O, 1998-ci il mayın 15-də Qobustan rayonunun Cəyirli kəndində anadan olub. 2005-2016-cı illərdə Qobustan rayonunun A.Quliyev adına Cəyirli kənd tam orta məktəbində təhsil alıb. 2016-2018-ci illərdə Azərbaycan Ordusunun sıralarında müddətli həqiqi hərbi xidmətdə olarkən komandirləri tərəfindən fəxri-fərmanlara layiq görülüb.  

Azərbaycan Ordusunun əsgəri Elxan Məmmədov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində mərdliklə savaşıb. Oktyabrın 11-də Füzuli döyüşləri zamanı ağır yaralanıb və 18 gün xəstəxanada qaldıqdan  sonra oktyabrın 29-da şəhid olub.

Şəhidimiz böyük izdiham və ehtiramla Qobustan rayonunda torpağa tapşırılıb.
Elxan Məmmədov ölümündən sonra Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", “Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.
Doğmaları deyir ki, Elxan uşaqlıqdan zəhmətkeş, ailəcanlı olub. Dürüstlüyü, gözəl davranışı ilə hər kəsin rəğbətini qazanmışdı. Onun Vətənə münasibəti də başqa idi. Deyirdi ki, torpaqlarımızı azad edəcəyik, qələbə bizimdir və bu yolda öldü var, döndü yox!

Elə bu cəsarətlə də, adını tarixə yazdı Elxan. İndi nəinki doğmaları, bütün Azərbaycan onun adı, amalı ilə qürur duyur.

Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, Elxan balamız!

Mina RƏŞİD

Oxşar xəbərlər