Tədbirdə İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Nicat Şirinov, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsi müdirinin müavini Asim Rüstəm, Xocavənd Su Meliorasiya Sistemlərinin və digər aidiyyəti qurumların əməkdaşları iştirak ediblər.
Çıxışlarda bildirilib ki, su ehtiyyatlarından səmərəli istifadə, alternativ su mənbələrinin yaradılması günümüzün aktual məsələlərindən biridir. Ölkəmizdə əhalinin keyfiyyətli içməli su ilə təmin edilməsi istiqamətində mühüm işlər görülməkdədir. Dövlət başçısının rəhbərliyi ilə son illərdə bununla bağlı ciddi layihələr reallaşdırılmışdır. Əhalinin içməli suya olan tələbatının ödənilməsi məsələsi Xocavənd rayonunda da diqqətdə saxlanılır. Qeyd olunub ki, Su ehtiyatlarından səmərəli istifadənin təmin olunması məqsədilə rayon sakinləri ilə mütəmadi olaraq maarifləndirici söhbətlər aparılır.
Tədbirin sonunda alternativ su mənbələrinin yaradılmasının vacibliyi vurğulanıb, bununla bağlı hazırlanmış slayd təqdim olunub, bir sıra təkliflər səsləndirilərək, müzakirələr aparılıb.
Hazırladı: Mina RƏŞİD