18.12.2024, 13:13
AZ EN
17.10.2022, 14:14 664

Qisasımız qiyamətə qalmadı

XƏBƏRLƏR

Oğuz Nadir oğlu Alparslan 1986-cı il mayın 11-də Cəlilabad rayonunuda doğulub. Cəlilabad rayon Sabir Rəzzaqov adına 7 saylı tam orta məktəbi bitirib. Türkiyədə Atatürk Universitetinin Halkla İlişkilər və Tanıtım bölümündə təhsil alır. Azərbaycan Yazıçılar  Birliyini və Dünya Gənc Türk Yazarlar Birliyin üzvüdür. 2021-ci il Azərbaycan Yazıçılar Birliyi tərəfindən Prezident təqaüdünə layiq görülüb. İkinci Qarabağ müharibəsi iştirakçısıdır. “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilib. Ailəlidir, 2 övladı var. 

Azərbaycan!
Qurban bu can, hər daşına,
Hər zərrənə, qarışına,
Bir gün ölsəm baş daşıma,
Yazılsın tarix daşına,
Canım qurban Azərbaycan!

Elim sənsən, obam sənsən,
Yurdum sənsən, yuvam sənsən,
Haqq yolunda davam sənsən,
Vətəim sən, Azərbaycan!

Sən sinəmdə çarpan ürək,
Sən dilimdə and yerimsən,
Dörd dolansam dünyanı,
Sən bu ömrün bənd yerisən.

Adına şeir qoşaram, Vətən,
Səni misra-misra oxşaram, Vətən,
Yoxdur bərabərin, yoxdur sənə Tən,
Sənin üçün ölərəm, yaşaram, Vətən!

Göz qoysa yağılar bircə daşına,
Uğrunda düşmənə çəpər olaram.
Əlimdə silah Vətənin keşiyində,
Sinəm qalxan olar, sipər olaram.

Lap beşikdən məzaracan,
Əzəlindən taa sonacan,
Sancağına fədadır can,
Azərbaycan, Azərbaycan!

Mən əsgərəm!
Bir ölüb, min dirilən, ulu Türkün özüyəm mən!
Min illərdir hökm sürən, bir ulusun iziyəm mən!
Azadlığa gedən o yol, çığır mənəm, o iz mənəm!
Hər qarışı qana doymuş bu torpağın fədaisi,
Çiçəkləri şəhid qoxan Vətən mənəm!
Şəhid olub qayasında bitən mənəm!
Mən əsgərəm!

Azərbaycan əsgəri!
Sinəsini torpağına sipər tutan,
Yağılara qan udduran əsgərəm mən.
Yumruqları dəmir olan,
Al bayrağa salam duran əsgərəm mən!
Al günəşdən qüvvət alar tunc bədənim,
Torpağıma göz qoyanın, boynuna qılıncdır əlim!
Mən əsgərəm!
Ulu Türkün xilaskarı o Bozqurdun özüyəm mən!
Qarabağın zənguləsi, azad yurdun səsiyəm mən!
Mən şəhidəm, bir şanlı zəfər şəhidi!
Mən şəhidəm, bir şanlı tarix şəhidi!
Salam olsun!

Salam olsun Azərbaycan əsgərinə!
Zəfərimin şəhidinə salam olsun!
Dəmir yumruq igidlərə,
Torpaqlaşan şəhidlərə, 
Ərənlərə salam olsun!
Sinəsi al-qırmızı,
Gülləri şəhid qoxulu,
Vətənimə salam olsun!

Salam olsun göylərinə,
Yerlərinə salam olsun!
Salam ey bağrı qanlı, Can Qarabağ!
Səndə əmanətim var,
Danış görüm qardaşlarım necədir?
Son nəfəsdə Vətən deyən,
Candaşlarım necədir?

Onlara söylə ki, darıxmasınlar,
Söylə ki, qalmadı qan qiyamətə,
O gecə and içdik axan qanlara,
Qanayan torpağa, yatan canlara,
O ayaz gecədə, o aylı gecədə,
Yüksəldi göylərə intiqam səsi,
...Qisas gecəsi!
Ulayan durdların səsi duyuldu!
Qır vurub Qarabağ səmalarında,
Şığıdı qartallar düşmən üstünə,
Yerlə göy birləşdi, dağlar oynadı,
Coşdu al bayrağım, sel tək çağladı.

Anaların göz yaşı, tarixin qan yaddaşı,
Vətənin hər daşı, şəhidlərin şəhadət eşqinə!
İrəli! İrəli! Yalnız irəli!
Budur Ər meydanı!
Döyüş meydanı!
Yerlə yeksan etdik yağı düşməni!
Salam Vətən!
Qisasımız qiyamətə qalmadı
Sancıldı zirvəyə, Azərbaycan bayrağı,
Vətənimin ay ulduzlu sancağı!


Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər