21.09.2024, 18:37
AZ EN
24.03.2023, 22:40 83

Politoloq: Rusiya sülhməramlıları öz öhdəliklərini doğru şəkildə icra etmirlər

XƏBƏRLƏR
  • Təəssüflər olsun ki, Rusiya sülhməramlılarının öz öhdəliklərini doğru şəkildə icra etməməsi ilə bağlı neqativ hallar artıq davamlı xarakter almağa başlayıb.

Bunu açıqlamasında politoloq, Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin müəllimi Aytən Qurbanova söyləyib.

Politoloqun sözlərinə görə, 2020-ci il noyabrın 10-dan bu günə qədər müşahidə olunan Azərbaycanın milli sərvətlərinin istismarı, üçüncü dövlətlərin vətəndaşlarının Qarabağa qeyri-qanuni səfərlərinin təşkili və ya erməni diversant qrupların silahlandırılması kimi hallar artıq üçtərəfli Bəyanatın müddəalarının birmənalı şəkildə pozulması deməkdir. Xüsusilə də üçtərəfli Bəyanatın 4-cü bəndi hələ də icra olunmayıb. Bu gün Xankəndi-Xələfli-Turşsu torpaq yolunda hərəkət edən qanunsuz hərbi daşımaları icra edən kolonun rus sülhməramlıları tərəfindən müşayiət edilməsi faktı da bir daha sübut edir ki, onlar öz missiyasını nəinki doğru şəkildə icra etmirlər, əksinə, ərazi təhlükəsizliyimizə və milli maraqlarımıza hədə ola biləcək bütün təxribatlarda da birbaşa məsuliyyət daşıyırlar.

"Bu da bir daha sübut edir ki, Prezident İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən görüşlər zamanı Azərbaycan-Ermənistan sərhədində nəzarət-buraxılış məntəqələrinin yaradılması ilə bağlı təklifinin icra olunması mütləq xarakterlidir", -deyə Aytən Qurbanova qeyd edib.("AZERTAC")

Oxşar xəbərlər