19.11.2025, 21:58
AZ EN
04.11.2025, 20:17 117

Mərdəkan qəsəbəsində Şuşa sakinlərinin səyyar qəbulu keçirilib

XƏBƏRLƏR
  • Şuşa Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbulu-görüşü Xəzər rayonu, Mərdəkan qəsəbəsi, "Abşeron"sanatoriyasında məskunlaşmış rayon sakinləri ilə keçirilib.

Səyyar görüşdə çıxış edən RİH başçısı Bayram Səfərov Prezident cənab İlham Əliyevin uzaqgörən daxili və xarici siyasəti nəticəsində ölkəmizin regionda və beynəlxalq aləmdə artan nüfuzu, Qarabağda və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı tikinti- quruculuq işləri haqqında danışdı, dövlət başçısının tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlərin tərkib hissəsi olduğunu qeyd edərək, dövlət və vətəndaş münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini bildirdi. RİH başçısı bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yerlərdə keçirilən səyyar qəbulların əsas məqsədi əhali ilə daha sıx təmasda olmaqla insanların problemlərini bilavasitə dinləmək və operativ şəkildə həll etməkdir.

Qəbul zamanı rayon sakinləri işsizlik, Şuşaya qayıdış, mənzil və onları narahat edən digər məsələlərlə bağlı suallarını səsləndiriblər. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bəziləri yerindəcə həll edilib, digərlərinin həlli ilə bağlı müvafiq addımlar atılıb.

Mina RƏŞİD

Oxşar xəbərlər