15.10.2025, 14:48
AZ EN
15.10.2025, 11:15 227

FHN Şuşa şəhərində “Konstitusiya və Suverenlik İli”nə həsr olunan tədbir keçirib

XƏBƏRLƏR
  • Fövqəladə Hallar Nazirliyinin (FHN) Qarabağ Regional Mərkəzi tərəfindən Şuşa şəhər 1 nömrəli tam orta məktəbində “Konstitusiya və Suverenlik İli”nə həsr olunan “Heydər Əliyev və milli dövlətçilik təfəkkürü” mövzusunda tədbir keçirilib.

Nazirliyin mətbuat xidmətindən bildirilib ki, tədbirdə Qarabağ Regional Mərkəzinin nümayəndələri və məktəbin kollektivi iştirak edib.

Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra tədbirdə çıxış edənlər “Konstitusiya və Suverenlik İli”nin elan olunmasının əhəmiyyətindən danışıblar. Qeyd olunub ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin müdrik rəhbərliyi, yüksək sərkərdəlik məharəti, parlaq diplomatik istedadı və rəşadətli Azərbaycan Ordusunun misilsiz sücaəti sayəsində 2020-ci ildə cəmi 44 gün ərzində qazanılmış tarixi Zəfər və 2023-cü ilin sentyabrında həyata keçirilmiş uğurlu antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edilib. Beləliklə, dövlətimizin suverenliyi Azərbaycan xalqının şanlı qəhrəmanlıq mübarizəsi nəticəsində təmin olunub. Bildirilib ki, 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan olunması Azərbaycan dövlətçiliyinin inkişafında, milli təfəkkürün möhkəmlənməsində mühüm əhəmiyyət kəsb edən bir hadisədir.

Natiqlər vurğulayıblar ki, milli Konstitusiyamızın hazırlanması və qəbulu Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biridir. Konstitusiyada əks olunmuş müddəalar Ümummilli Liderin mütərəqqi siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin qətiyyətli və məqsədyönlü fəaliyyəti sayəsində tam reallaşdırılır.(AZƏRTAC)

Oxşar xəbərlər