18.01.2026, 10:15
AZ EN
03.12.2025, 08:00 238

Laçın sakinlərinin səyyar qəbulu keçirilib

XƏBƏRLƏR
  • Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin laçınlı məcburi köçkünlərlə növbəti görüşü-səyyar qəbulu Ağcabədi rayonunun Taxta Körpü ərazisindəki Mişni obasında – Laçın rayonunun Mişni kənd tam orta məktəbində həmin obada müvəqqəti məskunlaşmış sakinlərlə keçirilib.

Qəbuldan əvvəl Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli və Laçın sakinləri rayonunun Mişni kənd tam orta məktəbinin qarşısında Mişni kənd şəhidlərinin xatirəsinə inşa olunmuş bulaq abidə kompleksini ziyarət etmiş, abidə önünə tər qərənfillər düzərək şəhidlərin xatirəsinə dərin ehtiramlarını bildirmişlər.

38 nəfər laçınlı keçmiş məcburi köçkünün iştirak etdiyi görüş-səyyar qəbulda çıxış edən icra başçısı Aqil Nəzərli ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən Müharibəsində qazanılan qələbədən, qısa müddət ərzində işğaldan azad olunmuş ərazilərdə aparılan geniş tikinti və quruculuq işlərindən, ölkə rəhbərinin işğaldan azad olunmuş ərazilərə mütəmadi səfərlərindən danışıb.

Səyyar qəbulda sakinlərin müraciətləri dinlənilmiş, həmin müraciətlərə baxılması üçün aidiyyəti üzrə konkret tapşırıqlar verilərək, icrası nəzarətə götürülmüşdür.

Qəbulda Laçın Rayon Prokuroru İlqar Səadətov, Laçın Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, həmçinin müvafiq inzibati ərazi dairəsi üzrə nümayəndəliyin işçiləri də iştirak ediblər.    

Səyyar qəbulda iştirak edən rayon sakinləri doğma torpaqlarımızın işğaldan azad olunmasına, onlara dövlət tərəfindən göstərilən davamlı diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Mina RƏŞİD

Oxşar xəbərlər