Tədbirdə Laçın Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tofiq Mirzəyev, Laçın Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, Laçın Dövlət Aqrar İnkişaf Mərkəzinin, Laçın Suvarma Sistemləri İdarəsinin, Laçın Rayon Kommunal Müəssisələri Kombinatının, Laçın Rayon Yaşıllaşdırma idarəsinin rəhbərliyi, Qayğı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları iştirak ediblər.
Laçın Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tofiq Mirzəyev, tədbirin mahiyyəti barədə məlumat verərək bildirib ki, ölkəmizdə bir çox ekoloji problemləri həll etmək üçün dövlət tərəfindən kompleks tədbirlər həyata keçirilir. Taxta Körpü ərazisində də, ekoloji tədbirlər görülür.
Tədbirdə ərazidə ekoloji tarazlığın qorunması, ətraf mühitin sağlamlaşdırılması istiqamətində görülən işlərə dair məruzə dinlənilib.
Tədbirdə Laçın Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Sahib Quluyev, Laçın Rayon Kommunal Müəssisələri Kombinatının rəisi Cavid Hüseynov, Laçın Rayon Yaşıllaşdırma idarəsinin rəisi Taleh Nəsibov ekoloji maarifləndirmə işinin təşkili ilə bağlı görülmüş işlərdən danışıb, bu istiqamətdə öz təkliflərini veriblər.
Sonda Tofiq Mirzəyev əhalinin sağlamlığının, ərzaq təhlükəsizliyinin təmin olunmasında ətraf mühitin, ekologiyanın çox mühüm rolu nəzərə alınaraq ekoloji tarazlığın qorunmasında ölkəmizdə ardıcıl və səmərəli dövlət siyasətinin həyata keçirildiyini vurğulanıb, əhali arasında ekoloji maariflənmə və məlumatlılıq səviyyəsinin artmasının aidiyyəti məsul vəzifəli şəxsin gündəlik işi olduğunu bildirərək, bu sahədə hər bir kəsə uğurlar arzulayıb.
Hazırladı: Mina RƏŞİD