- Fəaliyyətə başladığı ilk günlərdən qarşısına qoyulan məqsəd və vəzifələrin yerinə yetirilməsi üçün bütün imkanlarını səfərbər edən Qarabağ Dirçəliş Fondu tərəfindən ötən müddət ərzində işğaldan azad edilən ərazilərdə bərpa və quruculuq işlərinin aparılması, ətraf mühitə vurulan zərərin nəticələrinin aradan qaldırılması, ianə mədəniyyətinin təbliği və erməni işğalçı qüvvələrinin ölkəmizə vurduğu külli miqdarda ziyan barədə obyektiv məlumatların geniş ictimaiyyətə çatdırılması istiqamətində çoxsaylı layihələr həyata keçirilib.
Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev bunu Bakı Ali Neft Məktəbinin tələbələri ilə “Qarabağın dirçəlişində həmrəyliyin rolu” mövzusunda keçirilən görüşdə deyib. O, bəzi layihələrin icrasının davam etdiyini. "Heydər Əliyev Fondunun sifarişi əsasında Şuşada dünya şöhrətli bəstəkar Üzeyir Hacıbəylinin aidəsinin hazırlanması başa çatıb. Şuşadakı Yaradıcılıq Mərkəzinin və Şuşa Xalça Muzeyinin binalarının bərpası işləri isə davam etdirilir," - deyə Rəhman Hacıyev məlumat verib.