18.10.2024, 10:06
AZ EN
22.06.2023, 15:23 288

Baş prokuror: Ermənistan öz təxribatçı fəaliyyətini dayandırmır

XƏBƏRLƏR
  • Təəssüf ki Ermənistan öz təxribatçı fəaliyyətini dayandırmır və yenə də davam etdirir.

Bu barədə Laçında Baş prokuror Kamran Əliyev deyib.

"May ayının 26-da iki erməni hərbçisinin bizim sərhədi pozaraq silahlanmış şəkildə təxribat törətmək məqsədilə Azərbaycan ərazisinə keçmələri və bizim hərbçilər tərəfindən onların qanunsuz fəaliyyətinin qarşısının alınması, digər tərəfdən iyunun 15-də Azərbaycan sərhəd xidmətinin əməkdaşlarına heç bir əsas olmadan yenidən təxribat törədilməsi bizim bir daha diqqətli olmamızı zəruri edir", - deyə Baş Prokuror bildirib. (Trend)

Oxşar xəbərlər