Səyyar qəbulda Cəbrayıl sakinlərinin müraciətləri dinlənilib. İcra Hakimiyyəti Başçısı Aparatının məsul əməkdaşları və rayon sakinlərinin iştirak etdiyi qəbulda icra başçısı ölkəmizdə həyata keçirilən islahatlar nəticəsində qazanılan uğurlardan, əhalinin sosial problemlərinin həlli istiqamətində görülən işlərdən, Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı ilə işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işlərindən və qarşıda duran vəzifələrdən ətraflı danışıb.
Qəbul zamanı sakinlər tərəfindən qaldırılan məsələlərin bir qismi yerində öz həllini tapıb, bəzi məsələlərin həlli isə nəzarətə götürülüb. Rayon sakinləri əhalinin rifahının yaxşılaşdırılması sahəsində görülən işlərə görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər.
Mina RƏŞİD