10.10.2025, 23:46
AZ EN
02.10.2025, 16:39 137

“Müstəqillik dövrü Azərbaycan poeziyasının ən yaxşı şeirləri” adlı kitab çap edilib

XƏBƏRLƏR
  • “Müstəqillik dövrü Azərbaycan poeziyasının ən yaxşı şeirləri” adlı kitab “Park” Nəşriyyat Evində çapdan çıxıb.

Qeyd edək ki, kitabda 11 şairdən 11 şeir, ümumilikdə, 121 nümunə toplanılıb.

“Bu toplu müstəqillik dövrü Azərbaycan poeziyasının zəngin mənzərəsini oxucuya təqdim edir. Kitabda 11 tanınmış şairin hər birindən 11 şeir, ümumilikdə 121 poetik nümunə toplanaraq bir araya gətirilib. Seçilmiş nümunələr milli ədəbiyyatımızda müasir dövrün bədii-estetik axtarışlarını, yeni nəfəsini və fərqli yaradıcılıq üslublarını əks etdirir. Toplu həm ədəbiyyatsevərlər, həm də tədqiqatçılar üçün dəyərli bir mənbədir. Müxtəlif poetik üslubların, mövzu və obrazların bir araya gətirilməsi oxucunu zəngin poetik aləmlə tanış edir. Beləliklə, müasir Azərbaycan poeziyasının 30 ildən artıq bir dövrdə qət etdiyi bədii yol bu kitabda öz əksini tapır”, – annotasiyada qeyd olunub.

Kitab 1–7 oktyabr tarixində Bakı Ekspo Mərkəzində keçiriləcək 11-ci Bakı Beynəlxalq Kitab Sərgisində təqdim olunacaq və satışa çıxarılacaq.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər