22.11.2024, 19:07
AZ EN
14.07.2023, 11:54 371

Kəlbəcərdə və Laçında işləmək üçün işçilər axtarılır

XƏBƏRLƏR
  • Tikinti-quraşdırma sahəsində böyük təcrübə qazanmış yüksək səviyyəli əməkdaşlardan təşkil olunmuş “Karabakh Group” işğaldan azad olunmuş ərazilərdə işləmək istəyənlər üçün yeni vakansiya elan edib.

“Vətən səsi” xəbər verir ki, şirkətin təklif etdiyi yeni iş yerləri Laçın və Kəlbəcərdə yerləşir. Memarlıq və inşaat mühəndisliyi ixtisasları ali təhsili olan şəxslər şirkətin həyata keçirdiyi layihələrdə işləyə bilər. Bunun üçün nazizədlərdən hər iki ixtisas üzrə bakalavr dərəcəsi və mülki tikinti sahəsində ən azı 5 il iş təcrübəsi tələb olunur.  Əmək haqqının məbləği isə namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin olunacaq. Əmək müqaviləsi əsasında işə qəbul olunan şəxslərə peşə fəaliyyəni həyata keçirəcəyi ərazidə yaşayış yeri və gündəlik qidalanma, habelə yol xərcləri və korporativ nömrə ilə təmin ediləcək.

Xatırladaq ki, “Karabakh Group” şirkəti işğaldan azad olunmuş ərazilərdə dizayn və layihələndirmə, dəmir-beton, qazıntı-söküntü və infrastruktur, izolyasiya, mühəndis-kommunikasiya, metal konstruksiya, sənaye və mülki obyektlərin tikintisi işləri ilə məşğul olur, İT xidmətləri göstərir.

Hadrut qəsəbəsinin yenidən qurulmasında fəal iştirak edən “Karabakh Group” şirkəti burada inşa edilən yaşayış evləri və sosial binaların tikintisi, fasadların bəzədilməsi və təmizlik işləri ilə məşğul olub. Ümumi sahəsi 4,2 hektar olan Hadrut qəsəbəsinin inzibati ərazisində bərpa və yenidənqurma işlərinin 2024-cü ilin martında tam şəkildə başa çatdırılması planlaşdırılır.

Elxan SALAHOV

Oxşar xəbərlər