15.09.2025, 11:04
AZ EN
15.09.2025, 07:23 73

Keçmiş məcburi köçkün: Qanadım olsaydı bu dəqiqə Kəlbəcərə uçub torpağı öpərdim

XƏBƏRLƏR
  • "Kəlbəcər şəhərini tərk edəndə ailə üzvlərim 7 nəfərdən ibarət olub. Hazırda nəvələrim, nəticələrim 30-dan çox ailə üzvümlə doğma torpağıma qayıdıram".

Bu sözləri Kəlbəcər şəhərinə köçən edən keçmiş məcburi köçkün Hüseyn Babayev söyləyib.

"Qanadım olsaydı bu dəqiqə Kəlbəcərə uçub torpağı öpərdim. Hədsiz çox sevincliyəm. Doğma elimə qayıtdığım üçün sevincimin həddi-hüdudu yoxdur. Allah bizim üçün bu sevinc hissini əbədi etsin".

Keçmiş məcburi köçkün şəhidlərə Allahdan rəhmət diləyib, dövlətimizə, Azərbaycan Prezidenti İlham Əliyevə, torpaqlarımızın azad edilməsində əməyi olan hər kəsə təşəkkür edib. (Report)

Oxşar xəbərlər