Bunu “Azərbaycanda əlilliyi olan şəxslərin reabilitasiyası sistemində islahatlara dəstək” layihəsinin təqdimatı zamanı əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib.
Onun sözlərinə görə, 1400-dən çox müharibə əlili 19,3 min reabilitasiya vasitəsilə, 44 günlük Vətən müharibəsinin 200 qazisi, ümumən 300 müharibə əlilliyi olan şəxs son nəsil müasir protezlərlə təmin edilib. (APA)