01.06.2025, 20:14
AZ EN
20.05.2025, 08:30 216

Keçmiş məcburi köçkün: Ağdamı yenidən əvvəlkindən daha gözəl vəziyyətə gətirəcəyik

XƏBƏRLƏR
  • “Bu gün bizim üçün çox sevindirici, ən gözəl gündür. Ağdamdan gənc yaşımda çıxmışam. İndi doğma yurduma qayıtmağın sevincini yaşayıram”.

Bu sözləri Ağdam sakini Hacıyeva Səkinə müsahibəsində deyib.

O qeyd edib ki, artıq uzun illərdir ata-baba yurdlarından didərgin düşən vətəndaşlarımız qısa müddətdə öz torpaqlarına qayıdır. Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyən Ağdam sakini doğma yurduna qayıtdığına görə Müzəffər Ali Baş Komandan İlham Əliyevə minnətdarlığını bildirib.

Bildirib ki, 44 günlük Vətən müharibəsi bizim gücümüzü, iradəmizi, birliyimizi göstərdi. II Qarabağ döyüşündə qazandığımız qələbə bizim şanlı tariximizdir. Xalqımız bu qələbə ilə bağlı əbədi qürur hissi keçirəcək.

“Doğma yurdumuzda hər bir işi görməyə hazırıq. Uzun illərin həsrəti bitir. Ağdamı yenidən əvvəlkindən daha gözəl vəziyyətə gətirəcəyik”, - deyə o vurğulayıb. (AZƏRTAC)

Oxşar xəbərlər