Füzuli rayonunun, Bala Bəhmənli kəndində səyyar qəbul keçiriləcək
XƏBƏRLƏR
Füzuli Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, Bala Bəhmənli kəndində tikilmiş 400 evlik məcburi köçkün qəsəbəsində dekabrın 5-də səyyar qəbul keçiriləcək. İcra başçısı Alı Alıyevin Qəsəbə İnzibati Ərazi dairəsi üzrə Nümayəndəliyinin binasında keçirəcəyi səyyar qəbulda əsas məqsəd Füzuli sakinlərini narahat edən problemlərin öyrənilməsi və həllinə köməklik göstərilməsidir.