25.04.2025, 02:52
AZ EN
08.10.2022, 20:00 278

Ağdamda mina partlayışı zamanı 3 nəfər xəsarət alıb

XƏBƏRLƏR
  • Füzuli-Ağdam yolu istiqamətində minalardan təmizlənməmiş ərazidə piyada-əleyhinə minanın partlayışı zamanı daha bir nəfər zərər çəkib.

Bu barədə  Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətindən bildirilib. 

Məlumata əsasən hadisə zamanı həmçinin 1983-cü il təvəllüdlü Qəbələ rayon sakini Abdulxalıqov Səxavət Ələddin oğlu sağ əlindən yüngül xəsarət alıb.

Qeyd edək ki, hadisə zamanı həmçinin Şəmkir rayon sakini, 1989-cu il təvəllüdlü Əliyev Ramin Əmir oğlu və Ağstafa rayon sakini, 1986-cı il təvəllüdlü Nəcəfov Pərviz Sozalı oğlu xəsarət alıblar. Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Oxşar xəbərlər