15.03.2025, 00:16
AZ EN
20.09.2024, 17:01 199

Füzuli sakinlərinin növbəti səyyar qəbulu keçirilib

XƏBƏRLƏR
  • Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev qəbul qrafikinə uyğun olaraq 400 evlik məcburi köçkün qəsəbəsində sakinlərlə səyyar qəbul keçirib.

Səyyar qəbulda Füzuli rayon prokuroru Ramiz Əliyev, Füzuli Polis şöbəsinin rəisi Zaur Abbasov, İcra Hakimiyyətinin məsul əməkdaşları, rayonda fəaliyyət göstərən xidmət təşkilatlarının rəhbərləri və qəsəbə sakinləri iştirak ediblər.

Qəbulda səsləndirilən vətəndaş müraciətləri ilə bağlı qanunamuvafiq izahatlar verilib, müraciətlərin bir qisminin həlli üçün RİH başçısı tərəfindən aidiyyəti struktur bölmələrinin rəhbərlərinə müəyyən tapşırıqlar verilərək nəzarətə götürülüb.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər

SON XƏBƏRLƏR