Alya Səfərova bildirib ki, azad Qarabağımızda açılan Universitetində ali təhsil almaq mənə həmişə maraqlı gəlmişdi. Xankəndidə Qarabağ Universitetinin açılma xəbərini eşidəndə çox sevindim, amma tibb ixtisası olmadığına görə bu, mənim üçün əlçatmaz xəyal idi. Lakin bu il 11-ci sinifdə oxuyanda universitetdə tibb ixtisasının açıldığını eşidəndə bu fikri ailəmlə bölüşmüşdüm və qərar verdim ki, Qarabağ Universitetində oxuyacam. Ümumiyyətlə, Qarabağ Universitetinin keçirdiyi tədbir və görüşlərində də iştirak etmişdim. Orda yeniliklər barədə, məsələn, universitetin klinikası açılmışdı. Bunlar məni daha çox cəlb elədi orda təhsilimə davam edim. Qarabağ Universitetinə qəbul olduğumu eşidəndə həqiqətən də çox sevindim. Tələbəlik illərində universitetin keçirdiyi müxtəlif sosial pöroqramlara qatılmağı düşünürəm. Həmçinin təhsilimə də önəm verəcəm. Təhsilimi bitirdikdən sonra isə xaricdə rezidenturaya davam eləmək planlarım var.
Gələn il ali məktəblərə imtahan verən hər kəsi çağırıram ki, gəlin, Qarabağ Universitetində təhsil alın. Çünki mənim də böyük ümidlərim var orda, inanıram ki, sizin üçün də yaxşı olacaq.
Tahirə AĞAMİRZƏ