22.11.2024, 22:16
AZ EN
18.07.2024, 12:11 307

Qərbi Azərbaycan İcmasının Sumqayıt şəhər nümayəndəliyinin yaranmasının I ildönümü münasibətilə toplantı keçirilib

XƏBƏRLƏR
  • Tədbiri açıq elan edən QAİ Sumqayıt Nümayəndəliyinin sədri Ramiz İsmayılov yarandığı 1 il ərzində icma tərəfindən görülən işlərdən, həyata keçirilən layihələrdən danışıb. O, bildirib ki, sözügedən nümayəndəlik ötən il ərzində üzvlər arasında sıx əlaqə,  habelə yerli idarəetmə orqanları ilə də koordinasiyalı fəaliyyət qura bilib.

Belə ki, nümayəndəlik ofislə, avadanlıqla təmin olunub, icma üzvlərinin bir yerdə toplanması, mütəşəkkil qaydada fəaliyyət göstərməsi üçün hər bir şərait yaradılıb.

Hesabatdan sonra QAİ Sumqayıt şəhər nümayəndəliyinin fəaliyyətini əks etdirən video-təqdimat nümayiş etdirilib. QAİ İH-nin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli tədbir iştirakçılarını salamlayaraq qeyd edib ki, çox az müddətə baxmayaraq İcmanın  Sumqayıt şəhər nümayəndiliyi ən nümunəvi təşkilatlardan biridir. O həm icma üzvlərinə, həm də tədbirdə iştirak edən Sumqayıt şəhər rəhbərliyinə təşəkkür edərək bildirib ki, icma Qayıdış konsepsiyasının prinsiplərindən irəli gələn öhdəlikləri bütün resurslardan istifadə edərək yerinə yetirməyə davam edir. QAİ sədri İcmanın ən böyük uğurunun Qərbi Azərbaycan məsələsinin ümummilli məsələyə çevrilməsinə nail olmasını vurğulayıb və icmanın beynəlxalq müstəvidə əldə etdiyi nailiyyətlərdən bəhs edib. Tədbirdə çıxış edən Milli Məclisin deputatı Müşviq Məmmədov, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısının müavini Teymur Səmədov bildiriblər ki, hər bir azərbaycanlı bu yolda mübariz olmalı, aktivlik nümayiş etdirməlidir.

Daha sonra Sumqayıt şəhər nümayəndəliyinin fəaliyyətində fəallıq göstərən, xüsusi xidmətləri ilə seçilən icma üzvləri təşəkkürnamə ilə təltif olunublar və icmaya yeni qəbul olunmuş üzvlərə üzvlük vəsiqəsi və döş nişanları ilə təqdim olunub.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər